Tələbələr Ermənistan polisinə çağırış etdi:"Bizə qoşulun!”-FOTO

 

Ermənistan paytaxtında gərginlik bu saatlarda da davam edir. Hərbi xidmətdən möhlət hüququnun ləğvinə etiraz edən tələbələrin parlament binasına gedən yolları kəsməsi polislə qarşıdurmaya səbəb olub. Ancaq hələlik yollarda hərəkəti bərpa etmək mümkün olmayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, 14 noyabrdan İrəvan Dövlət Universitetinin auditoriyalarından birində aclıq aksiyasına başlayan 5 tələbə də olduqları yeri tərk edərək parlament istiqamətində - Baqramyan küçəsində - toplaşan etirazçılara qoşulublar. Onlar bildiriblər ki, sağlamlıqları yerindədir və aksiyanı davam etdirməkdə qərarlıdırlar. Bura gəlməkdə məqsədləri isə həmyaşıdlarının etirazına dəstək verməkdən ibarətdir. Aclıq edən tələbələr bəyan ediblər ki, parlament tələbələri təhsildən ayıran qanunu qəbul etdiyi üçün onlar su qəbulundan da imtina etməklə bağlı qərar veriblər.

Hələlik polis və tələbələr üz-üzə qalıb və gözləmə mövqeyindədirlər. Məlumata görə, aksiya iştirakçıları növbəti addımla bağlı aksiya fəalı David Petrosyanın gəlişindən sonra qərar verəcəklər.

Etirazçıların sayı isə artmaqdadır. İrəvan Dövlət Universitetinin tələbələrinin aksiyasına İrəvan Dövlət Konservatoriyasının tələbələri də qoşulub. Onlar aksiyaya musiqi ifaları ilə dəstək verirlər. Polis tələbələrlə danışıqlar aparıb onları yolları açmağa razı salmağa çalışsa da, nəticə yoxdur. Tələbələr isə polisə xitabən "Bizə qoşulun!” çağırışları edirlər.

Cavid TURAN, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300