Elxan Şükürlü Mətbuat Şurasını sərt tənqid etdi

 

Mətbuat Şurasının bir çox saytları reket adlandıraraq "qara siyahıya" salması jurnalistlərin ciddi etirazlarına səbəb olmuşdur. Bakunews.az xəbər verir ki, Strateq.az saytının baş redaktoru Elxan Şükürlü də bu etirazlara qoşularaq öz facebook səhifəsində Mətbuat Şurasını tənqid atəşinə tutmuşdur. 2015-ci ildə Mətbuat Şurasındakı çıxışında "Ən böyük reket elə Mətbuat Şurasının özüdür" fikrini söyləyən Elxan Şükürlü həmin videonu da yenidən paylaşmışdır. Baş redaktorun statusunu və 2015-ci ildə etdiyi çıxışının video görüntüsünü sizlərə təqdim edirik :

" Dünən Mətbuat Şurası (MŞ) "reket jurnalistlər”in son vaxtlar bu qurumun İdarə Heyəti üzvlərinə qarşı "xoşagəlməz kampaniya” apardıqlarını iddia edərək, onlara qarşı mübarizənin sərtləşdiriləcəyini, MŞ üzvlərinə qarşı nalayiq davranış sahiblərinin layiqli şəkildə cəzalandırılacaqlarını bəyan edib və bunu da "medianın saflaşdırılması”na yönələn işlər kimi qiymətləndirib.

Lap yaxşı, olsun – biz həmişə cinayətkar maraqlara qulluq edən belə fəaliyyətlərin qarşısının ən sərt tədbirlərlə alınmasının tərəfdarı olmuşuq.

Ancaq iş ondadır ki, MŞ-nin bu bəyanatı medianın saflaşmasından daha çox, bütün Azərbaycan mediasını öz inhisarına almağa çalışan, həm ondan bir silah kimi yararlanan, həm də öz qanunsuz əməlləriylə bu sektoru əməlli-başlı çirkləndirən, zibilləndirən, ən böyük korrupsiya sahələrindən birinə çevirən bəzi "media patronları”nı qorumağa hədəflənib...

Bir sahəni düzəltmək istəyən əvvəlcə özünə çəki-düzən verər, öz fəaliyyətindəki qüsurları aradan qaldırmağa çalışar. Özü çirkab içində olanların başqasından nəsə tələb etməyinin zərrə qədər faydası olmaz!

Biz həmişə yazmış və demişik, bir daha təkrarlayırıq: "reket jurnalistika”nın kökünün kəsilməsi və Azərbaycan mediasının həqiqi mənada saflaşdırılması, sağlamlaşdırılması üçün öncə bu sektora rəsmi və qeyri-rəsmi şəkildə nəzarət edən iki qurumun – KİVDF və MŞ-nin fəaliyyəti saflaşdırılmalı, sağlamlaşdırılmalıdır...

Ancaq son mənzil məsələsindəki davranışlar bir daha göstərdi ki, KİVDF və MŞ bundan hələ çox-çox uzaqlardadır...
Aşağıda təqdim etdiyim fikirlər isə hələ düz iki il əvvəl hər iki qurum rəhbərlərinin bir yerə toplaşdığı vaxt öz sifətlərinə deyilib."

Qarşı tərəfi dinləməyə hazırıq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300