Zaxarova: "ABŞ-ın Qarabağın həlli üçün pulu yoxdur?”

 

Nəzəri baxımdan əgər həmsədrlərdən biri az olsa, o zaman ATƏT-in Minsk Qrupunun formatı da dəyişəcək.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarov amerikalı keçmiş həmsədr Metyu Brayzanın ABŞ-ın Minsk Qrupundan çıxacağı ilə bağlı çıxışını şərh edərkən söyləyib.

"Bu sual Amerika tərəfinə ünvanlanmalıdır. Hər şey məntiqli görünür. Əgər bir həmsədr az olsa, format dəyişəcək. Onların bunun üçün pulu çatmırmı? Əgər onların pulu çatmırsa, bu sual bizə yox, Amerikaya ünvanlanmalıdır. Rusiya üçün Dağlıq Qarabağın həlli məsələsi beynəlxalq gündəmdəki əsas prioritetlərdən biri hesab edilir. Ona görə ki, söhbət təkcə bizim qonşularımızdan yox, həm də bizi yalnız sənədlər və öhdəliklərlə bir-birimizə bağlamayan xalqlardan gedir. Bizi tale, həyat bir-birimizə bağlayır. Bizim on illər, yüz illər ərzində ümumi həyatımız, taleyimiz olub. Ona görə də Dağlıq Qarabağ bizim üçün prioritetdir”, – deyə o bildirib.

Qeyd edək ki, Metyu Brayza bundan öncə ABŞ Dövlət Departamentinin maliyyələşdirilməsinin azaldılması ucbatından Vaşinqtonun öz həmsədrini ATƏT-in Minsk Qrupundan geri çağıracağını bildirmişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300