"Qarabağ” – "Çelsi” oyununa biletlər bitdi
UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində 22 noyabrda baş tutacaq "Qarabağ” – "Çelsi” oyununa bütün biletlər satılıb.
Uluyol.az xəbər verir ki, bu barədə Qafqazinfo-ya klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
O bildirib ki, artıq satışda bilet qalmayıb.