Milli Strateji Düşüncə Mərkəzinin növbəti tədbirində
"2018-ci il prezident seçkiləri: iştirak yoxsa boykot?” mövzusu müzakirə ediləcək.
MSDM-in sədri İsa Qəmbərin tədbirlə bağlı paylaşdığı eventdə bildirilir ki, müzakirədə ictimai-siyasi xadimlərin və ekspertlərin iştirakı nəzərdə tutulur.Tədbir media və maraqlananlar üçün açıq keçiriləcək.
"Gəlin, danışaq, dinləyək, qərarlaşaq” – İsa Qəmbər yazıb.
Tədbir noyabrın 21-də,saat 16:00-dan başlayaraq Müsavat Partiyasının mərkəzi qərargahında baş tutacaq.