"Rasim Balayevin aldığı pul nədir ki..." -Millət vəkili

Atalarımızın bir sözü var: desəm öldürərlər, deməsəm ölərəm. Mədəniyyətimizə böyük töhvə verən, filmlərdə qəhrəman rolu yaradan Rasim Balayev haqqında danışmaq istəyirəm.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə xalq artisti, deputat Zeynəb Xanlarova deyib.

Xalq artisti qeyd edib ki, Rasim Balayev haqqında yazılanları hamı oxuyub və söhbətin nədən getdiyini bilir:
"Uzun illər filmlərə çəkilən, Nəsimi, Babək və onlarla digər qəhrəmanların obrazını yaradan Rasim Balayevin həkimlərin yazdığı iki dərmandan birini almağa pulu yoxdur. Mən üzümü Səhiyyə Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə tuturam. Bu işə niyə baxmırlar? Bu adam xəstədir, ömrünü bu sənətə qoyub, canında can qalmayıb. Niyə buna əncam qılmırlar? Mən millətimin, Rasimsevərlərin adından xahiş edirəm ki, bu işlə ciddi məşğul olsunlar. Onun aldığı pul nədir ki, bu pulu dərmanlara versin? Biz hamımız bu əsərləri yaradan böyük sənətkarımıza kömək olmalıyıq”.

Spiker Oqtay Əsədov isə bildirib ki, bu məsələ ilə maraqlanacaq

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300