Almaniyada partlayış törətmək istəyən "azərbaycanlı” erməni imiş...

 

Xəbər verdiyimiz kimi, oktyabrın 20-də, axşam saatlarında içkili vəziyyətdə olan41 yaşlı bir şəxssərxoş vəziyyətdə Almaniyanın Kassel vağzalında özünü olduqca aqressiv aparıb, polislər onu sakitləşdirməyə çalışdıqda isə qışqırmağa başlayıb və bildirib ki, yükündə bomba var və onu partladacaq.

Virtualaz.org bu xəbəri yerli "Llokalo24” nəşrinə istinadən yaymışdı.

Alman nəşri qeyd etmişdi ki, fransız pasportu daşıyan adamın azərbaycanlı olduğu müəyyənləşdirilib. Hadisə vaxtı o, güclü sərxoşluq vəziyyətində olub. Şəxs 500 avro həcmində cəriməni ödədikdən sonra sərbəst buraxılmışdı.


Hadisənin təfərrüatlarını öyrənmək və partlayış törətməkləalman polisini hədələmiş "azərbaycanlı”nın kimliyi ilə bağlı daha müfəssəl məlumat almaq üçün saytımızın əməkdaşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Xidmətin rəisi Ehsan Zahidov sorğumuza cavab olaraq bildirib ki, məsələ ilə bağlı DİN müəyyən araşdırma aparıb və həmin şəxsin kimliyi artıq tam müəyyən olunub.

"Qeyd olunan hadisəni törətmiş şəxs 3 sentyabr 1976-cı il tarixdə Azərbaycanda anadan olmuş, hazırda Fransada daimi yaşayan erməni milliyyətinə mənsub Sarkisyan Artur Rudolfoviçdir”, - Ehsan Zahidov deyib.

Göründüyü kimi, keçmiş "həmvətənlərimiz” fürsət düşdükcə özlərini azərbaycanlı kimi təqdim etməyi unutmurlar. Xüsusilə, söhbət bu cür nalayiq əməllərdən gedirsə. Daxili İşlər Nazirliyinin həyata keçirdiyi araşdırma ermənilərin Azərbaycana qarşı növbəti qara yaxma cəhdinin qarşısını almağa kömək edib və onların maskalarını çıxararaq, dünyaya kimin kim olduğunu göstərib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300