KİV rəhbərləri saytların qanunsuz olaraq bloklanmasını pisləyir

Ölkənin bu yaxınlarda bloklanmış 14 saytının rəhbərləri Prezident Administrasiyasının ictimai-siyasi şöbəsini, Mətbuat Şurasını və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunu bunun təqsirkarı hesab edir. Bu barədə Turan-a sayt rəhbərləri bildiriblər.

"Rəhbərlik etdiyimiz saytların bloklanmasının səbəbi qeyd edilən qurumların ünvanına tənqidi məqalələr dərc etməyimizdir", deyə Realliq.info saytının baş redaktoru İkram Rəhimov bildirib.

Onun sözlərinə görə, bu, internet-resurslardan hakimiyyətin xoşuna gəlməyən materialları yığışdırmaq tələblərindən sonra baş verib. Elə bu səbəbdən saytlar Mətbuat Şurasının "qara siyahısına" salınıb, daha sonra isə Rabitə Nazirliyi tərəfindən bloklanıb.

Bloklanmış saytlar arasında: realliq.info, realliq.az, NİA.az, neytral.az, politika.az, vediinfo.az, obyektiv.org, sonolay.org, 24saat.org, ulus.az, qanunxeber.az, infoaz.org, xalqinsesi.com, aztoday.az var.

Bloklanma mexanizmi haqqında danışan redaktorlar qeyd ediblər ki, əvvəlcə onları "qara siyahıya" salıblar, daha sonra isə Mətbuat Şurası Rabitə Nazirliyinə müraciət edib.

KİV rəhbərləri Mətbuat Şurasını məmurların maraqlarını müdafiə etməkdə ittiham ediblər. "Mətbuat Şurası uzun müddətdir jurnalistlərin deyil, məmurların maraqlarını müdafiə edir, bu isə faktiki olaraq öz missiyasından imtina deməkdir. Mətbuat Şurası media qurumlarının və jurnalistlərin cəzalandırılması mexanizminə çevrilib", deyə Rəhimov qeyd edib.

İctimai qurum olan Mətbuat Şurası hüquq-mühafizə orqanlarına müraciət edir və KİV-in və jurnalistlərin cəzalandırılmasına nail olur. Onların xoşuna gəlməyən saytları ölkə rəhbərliyinə düşmən kimi təqdim edir, deyə Rəhimov bildirib.

Sayt rəhbərləri vəziyyətə müdaxilə etmək və KİV sahəsində dövlət siyasətini həyata keçirən şəxslər tərəfindən söz azadlığının təqibinə son qoymaq çağırışı ilə dövlət başçısı İlham Əliyevə müraciət etmək niyyətindədirlər.

Sayt rəhbərləri həmçinin məhkəmə qərarı olmadan saytları blokladığına görə Rabitə Nazirliyini məhkəməyə vermək niyyətindədirlər.

Xatırladaq ki, 2017-ci ilin aprelində Milli Məclis yüksək səviyyəli .az domenlərindəki informasiya internet resurslarının fəaliyyətinə nəzarət edən "İnformasiya, informasiyalaşdırma və informasiyanın müdafiəsi haqqında" və "Telekommunikasiyalar haqqında" qanunlara düzəlişlər qəbul edib. Ekspertlər dəyişiklikləri interneti "filtrdən keçirmək" cəhdi adlandırıblar.

Düzəlişlər hostinq-provayderin və internet tədarükçüsünün üzərinə qadağan edilmiş məlumat aşkar etdikdə bu barədə sayt sahibinə xəbərdarlıq etmək və onu silmək öhdəliyi qoyur. Əks halda resursa giriş məhkəmə qaydasında məhdudlaşdırılacaq, hostinq sahibləri və ya provayderlər özləri isə cəzalandırılacaq. Düzəlişlərdə deyilir ki, xəbərdarlıqdan sonra səkkiz saat ərzində qadağan edilmiş məlumat silinməlidir. Dövlətin və cəmiyyətin qanunla qorunan marqlarına təhlükə olduğu halda və ya insanların həyat və sağlamlığına təhlükə yarndıqda bu informasiya internet-resursa giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq".

Düzəlişlər internet-domen və saytların sahiblərinin dövlət sirri təşkil edən, zorakılığı və dini ekstremizmi, terrorizmi və onun maliyyələşdirilməsini təbliğ edən, milli, irqi və ya dini ədavətə və ya düşmənçiliyə, habelə konstitusiya dövlət quruluşunu zorla dəyişdirməyə çağıran məlumat yaymasını qadağan edir.

Odlu silah, döyüş sursatı, partlayıcı maddə, narkotik vasitə və psixotrop maddələrin hazırlanması haqqında məlumatın, pornoqrafik məzmunlu materialların, habelə təhqiredici və yalan xarakterli məlumatın, o cümlədən şəxsi həyatın toxunulmazlığını pozan məlumatların yerləşdirilməsi qadağandır.

Sayt rəhbərləri qanunu pozmadıqlarını və bununla bağlı xəbərdarlıq almadıqlarını iddia edirlər.

Xatırladaq ki, bu ilin yazında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi "Azadlıq Radiosu", Meydan.TV, Turan.TV, "azadlıq.info" saytlarını, həmçinin "Azərbaycan saatı" verilişini bloklamışdı. Sonradan bu bloklama məhkəmə bu qərarı təsdiq edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300