"Siyavuş Novruzov kimiləri maariflənsələr yaxşıdır" -"Müsavat" funksioneri

 

Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deputat Siyavuş Novruzov Müsavat partiyasından söz açıb:

 

"İndiki Müsavat Partiyası özünü Rəsulzadənin davamçısı hesab etməsin. Bunlar tamamilə ayrı-ayrı təşkilatlardır. O vaxtkı Müsavat partiyası xalqın partiyası idi”.

Yenicag.az -a açıqlamasında deputatın bu fikirlərinə münasibət bildirən Müsavat Partiyası başqanının müavini Elman Fəttah qeyd etdi ki, YAP funksioneri başdan-ayağa yalan danışır:

"Siyavuş Novruzovun dediklərində yalnız bir cümlə doğrudur, Müsavat Partiyası həqiqətən də xalqın partiyasıdır. Çünki Müsavat Partiyası yarandıqdan sonra Azərbaycan dövləti yaranıb. Azərbaycan dövlətinin qurucusu Müsavat Partiyasıdır. Dövlətin bütün ideoloji təməli, siyasi, fəlsəfi əsasları da tamamilə müsavatçılıqla bağlıdır. Bu gün dalğalanan üçrəngli bayrağımız daha əvvəl Müsavat Partiyasının bayrağı olub. Azərbaycan xalqının 90 faizindən çoxu bunu anlayır və müsavatçılığa bağlı siyasi təfəkkürə sahibdir.

Siyavuş Novruzovun tutuquşu kimi əzbərlədiyi, "o vaxtkı Müsavat, bugünkü Müsavat Partiyası” cümləsinin özü də başdan-ayağa yanlışdır. Çünki Müsavat Partiyası vahiddir, onun "o vaxtı”, "bu vaxtı” yoxdur. Müsavat 1911-ci ildə yaranıb. Bolşevik işğalından sonra fəaliyyətini fasiləsiz olaraq xaricdə davam etdirib. Partiyanın fəaliyyəti 1992-ci ilə qədər davam edib. Həmin ildən başlayaraq, partiya öz fəaliyyətini Azərbaycana köçürərək, burada davam etdirib. Müsavatın o zamankı rəhbərləri sənəd və möhürlə birlikdə Azərbaycana gələrək, partiyanın Vətəndə III Bərpa Qurultayının keçirilməsində iştirak ediblər. Burada da partiyanın başqanı İsa Qəmbər seçilib. Fəaliyyətimiz bu səpkidə ardıcıl, fasiləsiz və kəsintisiz şəkildə davam edir. Bir Müsavat Partiyası var və bu gün onun 106 yaşı qeyd olunur. Siyavuş Novruzov kimiləri arxivlə tanış olaraq maariflənsələr yaxşıdır.

Heydər Əliyevin hakimiyyəti dövründə, 1995-ci ildə Novruzov kimiləri varisliklə bağlı məsələ qaldırmışdı. Lakin H. Əliyevin nəzarətində olan Azərbaycan Məhkəməsi belə "bu Müsavat Partiyası, o Müsavat Partiyası” anlayışlarının olmadığını, Müsavat Partiyasının davamlı olduğunu məhkəmə qərarı ilə təsdiq etdi”.

ELÇİN, yenicag.az 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300