Jurnalisti təhqir edən direktor cəzalandırıldı-RƏSMİ

Axar.az-ın müxbirini təhqir edən Bakının 187 nömrəli tam orta məktəbin direktoru Məmmədova Nailə Adil qızına şiddətli töhmət verilib.
Bu barədə Axar.az-a Bakı Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov deyib. B.Məmmədov bildirib ki, N.Məmmədova "Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozub:
"Bakı şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş funksiyanı keyfiyyətsiz yerinə yetirdiyinə görə direktora Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib”.
Qeyd edək ki, sözügedən orta məktəbinin müəllimlərindən biri Təhsil naziri Mikayıl Cabbarova məktub yazaraq, məktəb direktorundan şikayət edib və onun özbaşınalıqlarına qarşı tədbir görülməsini xahiş etmişdi.
Sözügedən şikayətlə bağlı qarşı tərəfin mövqeyini öyrəndikdə Axar.az-ın əməkdaşını məktəb direktoru təhqir etmiş, səviyyəsiz sözlər demişdi.
Maraqlıdır ki, redaksiyaya ünvanlanan şikayət məktubunda da direktorun iş zamanı tərbiyəsiz sözlərdən, kobud ifadələrdən istifadə etdiyi və işçilərini vaxtaşırı aşağıladığı bildirilmişdi.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300