Erməni əsgərlər bir-birini qırır -Düşmən təşvişdə

 

Ermənistan ordusunda "dedovşina” adi məişət davranışlarından tutmuş hərbi hissələrin fəaliyyətində bütün sahələri tam təsir altına alıb. Bu, artıq Ermənistan ordusunun bölmələrində heç kimi təəcübləndirmir və çoxları tərəfindən adi hal olaraq qəbul edilməyə başlayıb. Son vaxtlar demək olar ki, "dedovşina” zəminində ermənistanlı hərbçilər tərəfindən hər gün cinayətlər törədilir.

Publika.az xəbər verir ki, döyüş mövqeyində növbədə olarkən hərbi qulluqçular Rubik Avakyan və Serik Gevorkyan arasında baş verən nizamnamədən kənar davranış qaydalarının pozulması davaya səbəb olub. Nəticədə, hər iki əsgər xəsarət alıb.

Başqa bir cinayət hadisəsi nəticəsində baş nahiyəsindən xəsarət alan və hər iki qolu qırılan rabitə bölüyünün hərbi qulluqçusu Mxitar Abramyan hospitala yerləşdirilib.

İşğal olunmuş Madagiz yaşayış məntəqəsində xidmət edən Civan Gevorgyan gecə saatlarında, "Yat” komandasından sonra döyüldüyü üçün valideynləri Ermənistan Müdafiə nazirliyinin istintaq idarəsinə şikayət ediblər.

Düşmən ordusunun Hadrut yaşayış məntəqəsi ərazisindəki hərbi hissəsində isə Yura Martirosyan, Qrikor Danielyan və Qarik Martirosyan əlbir olaraq başqa bir hərbçini döyərək ona ağır bədən xəsarətləri yetiriblər.

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300