"Evdən uzaq, amma..." - "Qarabağ" - "Çelsi" matçında açılacaq xoreoqrafiya

 

Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək "Qarabağ” – "Çelsi” matçında nəhəng xoreoqrafiya açılacaq.

Bu təşəbbüslə Ağdam klubunun rəhbərliyi çıxış edib.

Hazırda xoreoqrafiyanın tamamlanması üçün işlər davam etdirilir. Artıq bizə xoreoqrafiyanın bütün detalları bəlli olub.

Əldə etdiyimiz məlumata görə, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmada açılacaq xoreoqrafiyada böyük Qarabağ və Azərbaycan sözləri yazılacaq. Bundan başqa klub rəhbərliyi ingiliscə mesaj verməyi planlaşdırıb. Belə ki, xoreoqrafiyada "Far away from home but where you belong” sözləri yazılacaq. Yəni, "Evdən uzaq, amma aid olduğun yer”… Bu cümlə ilə də dünyaya Ağdamın işğal altına olması, bu səbəbdən "Qarabağ”ın doğma yurdundan didərgin düşməsi mesajı veriləcək.

Qeyd edək ki, noyabrın 22-də keçiriləcək qarşılaşmada xoreoqrafiya mərkəzi tribunada nümayiş olunacaq ki, bu da 20 min azarkeşi əhatə edəcək.

Emin Səfərov, yenicag.az 

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300