"Çelsi" azarkeşlərinə "Qarabağ"la oyun zamanı stadionda xüsusi giriş ayrılacaq

 

"Çelsi” futbol komandasını "Qarabağ"la keçirəcəyiÇempionlar Liqasının V tur matçındadəstəkləmək üçün İngiltərədən 900 azarkeş gələcək.

Bu barədə "Report”a oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunun (BOS) direktoru Cavid Qarayev məlumat verib.

O, bildirib ki, qonaq komanda fanatlarına BOS-a daxil olmaq üçünxüsusi giriş ayrılacaq. Onlar "Qarabağ” tərəfdarları stadionu tərk etdikdən sonra tribunanı boşaldacaqlar. Bu addım ingiltərəli azarkeşlərin təhlükəsizliyi məqsədi ilə atılıb.

"Çelsi” fanatlarının spirtli içkilərə meyilli olması narahatlıq yaradır. Lakin C.Qarayevin sözlərinə görə, matç günü stadion ərazisində sponsor şirkətin pivələri istisna olmaqla, heç bir spirtli içki satılmayacaq.

Qeyd edək ki, noyabrın 22-də keçiriləcək oyun saat 21:00-da başlayacaq.

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300