Erməni əsirliyində olan azərbaycanlı qadınların sayı açıqlandı

 

İtkin düşən Azərbaycan qadınlarının taleyi məni çox narahat edir və mən bütün beynəlxalq təşkilatları bu məsələyə xüsusi diqqət ayırmağa çağırıram.

Trend xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qadınlara qarşı zorakılığın qarşısının alınması üçün keçirilən beynəlxalq kampaniyaya həsr olunan tədbirdə deyib.

Onun sözlərinə görə, hazırda 265 qadın itkin düşüb, 98 qadın isə girovluqdadır.

H.Hüseynova qeyd edib ki, nisbətən daha aztəminatlı, sağlamlıq imkanları məhdud , qaçqın və məcburi köçkün qadınların kiçik və orta sahibkarlığa cəlb edilməsi, müxtəlif peşələrə sahib olması çox vacibdir: "Gender əsaslı zorakılığa qarşı mübarizə aparmaq üçün daha effektiv mexanizmlərin yaradılmasına ehtiyac var".

H.Hüseynova bildirib ki, qadın və qızların səlahiyyətləndirilməsində, eləcə də gender əsaslı zorakılıqla mübarizə istiqamətində çox iş görülüb: "Lakin hələ də qarşımızda görülməli işlər var. Zorakılıq faktına görə hər birimiz məsuliyyət hiss etməliyik".

H.Hüseynova qeyd edib ki, bütün dünyada insanlar gender əsaslı zorakılıqla mübarizə aparmağa, mövcud olan stereotipləri dəyişməyə, qanunvericiliyi təkmilləşdirməyə və imkanları genişləndirməyə çalışır. Bu istiqamətdə müvafiq dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə səmərəli fəaliyyətin gücləndirilməsinə xüsusi önəm verilir. Burada məqsəd ictimaiyyətin diqqətini bir daha həmin problemə cəlb etmək və cəmiyyətdə mövcud yanaşmanı dəyişməkdir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300