Mərhum jurnalist Natiq Qədimovun həyat yoldaşı danışdı:"Əlvida” demirəm Natiq, görüşəcəyik...” VİDEO FOTOLAR

 

"Həmin gün mənə qızıl üzük və boyunbağı alıbmış, sürpriz edəcəkdi. Ancaq mənə həyatımın ən dəhşətli sürprizini etdi. O sürprizi həyatım boyu unutmayacağam”.

Bu sözləri noyabrın 22-də vəfat edən APA TV-nin jurnalisti Natiq Qədimovun həyat yoldaşı Nurlana Qədimova "Yeni Müsavat”a danışarkən deyib.

Həmin gün yeni evli olan cütlüyün ən xoşbəxt günü imiş. Natiq Qədimov işdən tez çıxıb, həyat yoldaşına hədiyyələr alaraq evə gəlib və bütün yaxın qohumlarını evə dəvət edib. Ailə yemək masası arxasında Qarabağ-Çelsi futbol matçını birlikdə izləyib. Süfrə arxasında Natiq Qədimov şən zarafatlarından, hər zamankı pozitivliyindən qalmayıb. Daha sonra çay süfrəsinə əyləşiblər.

Bacısı Esmira İbrahimova deyir ki, Natiq bir anda müvazinətini itirib onun üstünə yıxılıb:"Əvvəlcə bunu zarafat hesab etdim. Bir anda baxdım ki, stoldan yerə yıxıldı. Artıq gec idi, bir anın içində Natiq keçinmişdi. Elə deyə-deyə, gülə-gülə bir anın içində... Hələ də şokdan ayıla bilməmişik.

Çox sağlam insan idi, heç vaxt xəstəlikdən şikayəti olmamışdı. Lakin son günlər qollarının və əlinin keyləşməsindən, ayağının tutulmasından şikayət edirmiş. Hətta bir gün əli quruyub və tərpədə bilməyib. O formada şəklini çəkib anama göndərmişdi. Həkimə getmək sözünü isə yaxın qoymurdu, deyirdi ki, sağlam insanam, yəqin soyuq dəyib, keçər. Hər dəfə masaj edir və düzəldiyini deyirdi. Ancaq sən demə səbəb başqa imiş...”.

Jurnalistin atası Aydın Qədimov da oğlunun həmin gün çox xoşbəxt olduğunu, lakin bu xoşbəxtliyin uzun sürmədiyini təəssüf hissi ilə qeyd edib.

Qeyd edək ki, 41 yaşlı mərhum jurnalistin öncəki evliliyindən bir oğlu var. İkinci dəfə ata olacağını gözləyən Natiq Qədimova ömür vəfa etmədi.

Allah rəhmət eləsin!

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Nərgiz LİFTİYEVA
Məğrur MƏRD



Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300