İran generalları Avropanı raketlərlə hədələyir

 

"The Independent" qəzetinin yazdığına görə, İran lazım gələrsə, Avropanı vurmaq qabiliyyətinə malik olmaq üçün raketlərinin mənzilini genişləndirə biləcəyi ilə hədələyib.

Ölkənin İnqilab Keşikçiləri Korpusu komandanının müavini deyib ki, Avropa İranı hədələyərsə, Tehran öz raketlərinin zərbə dairəsini 2 min kilometrə çatdıra bilər.

"Biz raketlərimizin mənzilini ona görə 2 min kilometrdən az saxlamamışıq ki, bunun üçün texnologiyalarımız yoxdur. ...Sadəcə olaraq biz, öz strateji doktrinamıza əməl edirik" - briqada generalı Hüseyn Salami Fars xəbər agentliyinə deyib.

"Bu vaxtadək biz Avropanı hədə hesab etməmişik, ona görə də raketlərimizin mənzilini artırmamışıq. Lakin Avropa hədəyə çevrilmək istəsə, biz də raketlərimizin mənzilini genişləndirəcəyik".

Bundan əvvəl Fransa İranla onun ballistik raket proqramına dair "kompromissiz" danışıqlara çağırmışdı. Paris bildirmişdi ki, bu məsələyə 2015-ci ilin nüvə sazişindən kənar çərçivədə baxıla bilərdi.

Ötən ay İran İnqilab Keşikçilərinin başçısı general-mayor Məhəmməd Əli Cəfəri demişdi ki, İranın 2 min kilometrlik zərbə məsafəsinə qabil raketləri "Amerikanın regiondakı əksər maraq və qüvvələrini" vura bilər və buna görə də raketlərin mənzilini genişləndirməyə ehtiyac yoxdur.

Cəfəri bunu da əlavə etmişdi ki, ballistik raketlərin mənzil limitini ölkənin ali rəhbəri və silahlı qüvvələrin ali baş komandanı ayətüllah Əli Xameneyi müəyyən edir.

İran Yaxın Şərqin ən böyük raket proqramlarından birinə malikdir. Onun lazerlə tuşlanan bəzi raketləri İsraili vurmaq qabiliyyətinə malikdir.

ABŞ raket proqramına görə Tehranın üzərinə birtərəfli qaydada sanskiyalar qoyub. Washington bu qənaətdədir ki, İran ballistik raketləri inkişaf etdirməklə BMT-nin mövcud qətnamələrini pozur.

ABŞ bildirir ki, İran raket proqramı ilə beynəlxalq qanunların ziddinə gedir, çünki belə raketlər gələcəkdə nüvə başlıqları ilə təchiz edilə bilər.

İran bildirir ki, o nüvə silahlarının istehsalında maraqlı deyil və onun nüvə proqramı tamamilə dinc məqsədlərə xidmət edir.(BBC)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300