"KİV haqqında” qanun dəyişdirilir

 

"Kütləvi İnformasiyalar haqqında” qanuna dəyişikliklər edilir.

Uluyol.az  Modern.az-ın məlumatınaistinad edərək bildirir ki,qanunun 3-cü maddəsinə ( Əsas anlayışlar) dəyişiklik təklif edilir.

Belə ki,qanuna ediləcək dəyişikliyə görə, 3-cü maddənin 3-cü abzasına"informasiya ehtiyatı” sözləri əlavə edilir. Kütləvi informasiya vasitələrinə – dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, informasiya ehtiyatı kinoxronika proqramları və digər yayım formaları daxil edilir.

5-ci maddəyə ediləcək dəyişikliklərə görə isə "Kütləvi informasiya vasitələri haqqında” qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, "Televiziya və radio yayımı haqqında”, "Məlumat azadlığı haqqında”, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "Vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında”, "Dövlət sirri haqqında”, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunlardan, habelə digər müvafiq qanunvericilik aktlarından ibarətdir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

10-cu maddəyə (Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi) ediləcək dəyişikliklərdə göstərilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri, habelə yayılması qadağan ediləndigər informasiyanı yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir.

Həmçinin qanuna yeni 19-1-ci maddə əlavə edilir.

Maddə 19-1. İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması.

Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300