İş adamları icra başçısından İlham Əliyevə şikayət etdilər
Gədəbəy İcra Hakimiyyətinin sahibkarlara qarşı qanunsuzluqları, onlara divan tutması haqda daha bir məktub almışıq. Dövlət başçısına ünvanlanmış, bir neçə mətbu orqana surəti göndərilən məktuba qanunsuzluqların miqyasını göstərən fotoşəkillər də əlavə edilib.

 Məktubda indiyədək rastlaşmadığımız faktlar var və sözün açığı   çox heyrətləndik. Məktubu olduğu kimi dərc edərək  onu da əlavə edirik  ki,  dövlətimizin iqtisadi vəzyyətinin  pisləşdiyi indiki zamanda belə, yerli icra hakimiyyəti  orqanları özbaşınalıqlarına ara vermirlər. 
Məktubda deyilir: 

Hörmətli  cənab Prezident!

Xahiş edirik  bu şəkillərə diqqətlə baxasınız. Şəkildən göründüyü kimi, sizin Gədəbəy rayonuna səfəriniz  zamanı etdiyiniz çıxışdan bir abzas çap edilərək böyük plakat şəklində divara vurulmuşdur. Amma çox təəssüf ki,  həmin divar adi istinad divarı deyil. Həmin divar  Gədəbəy rayon  sakini, sahibkar Fəxrəddin Fərəməz oğlu Bağırova məxsus obyektin  Heydər Əliyev prospektinə  çıxışını bağlamaq üçün rayonun icra başçısı Ramiz  Yediyarov tərəfindən qanunsuz inşa edilmliş maneədir. Əgər həmin plakatı götürülsə və plakatın vurulduğu, sonradan kərpiclə tikilmiş divarı sökülsə o zaman  sahibkar F.Bağırovun obyektinin H.Əliyev prospektinə açılan qapı və pəncərələri görünər. Vaxtınızı çox  almadan Yediyarovun bu  plakat "tilsimi " haqda əsl  həqiqəti diqqətinizə çatırmaq istərdik.  Məsələ ondadır ki,   Yediyarov Gədəbəy rayonuna icra  başçısı təyin edildiyi  gündən başqa sahibkarlar kimi F.Bağırovu da sıxışdırmağa başladı. Ən müxtəlif  təzyiqlərdən sonra  hətta obyektin dağıdılması üçün məhkəməyə belə müraciət edən icra başçısı sənədlərin qanuni olması  səbəbindən istəyinə çata bilmədi. Hikkəsinə qalib gəlməyi  bacarmayan bu dırnaq arası rəhbər kərpic hörgü ilə F.Bağırovun obyektinin prospektə açılan girişini bağladı. Amma məsələ təkcə bununla bitmədi. F.Bağırovun ayrı ayrı instansiyalara mütəmadi şikayətlərindən narahat olan  başçı ölkədə heç bir məmurun yol vermədiyi ən mənfur və çirkin yola əl atdı. Belə ki,  gördüyünüz həmin plakatı  çap etdirərək obyektin bağlanmış girişinə vurdurdu və sahibkara ismarıc  göndərdi ki, "plakat yuxarıların  tapşırığı ilə vurulub, bundan sonra hər hansı dövlət  orqanına şikayət edərsənsə dövlətə və Prezidentə qarşı  çıxmış olarsan.  Aqibətin yaxşı  olmaz”. Başçının  şantajından ehtiyatlanan sahibkar susmağa məcbur oldu  və uzun müddətdir ki, belə çətin şəraitdə işini davam  etdirir. Amma yaxın zamanlarda fəaliyyətini tamam  dayandırmaq məcburiyyətindədir. Onu da qeyd edək ki, Yediyarovun şantajından təngə gəlmiş bu şəxs rayonda hamının bildiyi, qeyd  etdiyimiz  həqiqət  barədə  danışmaq belə istəmir.

Hörmərli  cənab  Prezident!

Siz hər çıxşınızda yerli icra orqanlarına sahibkarların  fəaliyyətinə mane olmamaq barədə tapşırıq verirsiniz.  Amma R.Yediyarov nəinki tapşırığa əməl edir, o birbaşa  sizin adınızdan istifadə edərək sahibkarlara divan tutur.  Rayona səfəriniz zamanı etdiyiniz çıxışlardan belə öz məqsədi üçün istifadə edən bu şəxsin əməllərinə  əxlaqsızlıqdan başqa ad vermək mümkün deyil. Sizin  nüfuzunuzun kölgəsi altında ölkə iqtisadiyyatına bu cür əxlaqsızcasına zərbə vuran Yediyarovun keçmiş milli təhlükəsizlik nazirindən heç bir fərqi yoxdur. Belə bir icra  başçısının rəhbərlik etdiyi rayonda hər hansı iş adamının   iş qurmağa həvəsi olarmı?  Göstərdiymiz təkcə bu fakt  Yediyarovun nəinki işdən azad edilməsinə hətta cinayət  məsuliyyətinə cəlb edilməsinə kifayət edir. Amma Yediyarovun başqa cinayətə bərabər qanunsuzluqları da kifayət qədərdir və bu faktların araşdırılaraq müvafiq  tədbir görülməsini sizdən xahiş edirik”. 


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300