"Protez yaddaş" hazırlandı - FOTOLAR

 

Alimlər daha bir ilkə imza atdılar. Vaşinqtonda Nevroloqlar Cəmiyyətinin iclasında təqdim olunan elmi araşdırmada, insan yaddaşını daha da artırmaq üçün texnoloji vasitələr üçün nəzərdə tutulan yaddaş kartı təqdim olunub.

Mütəxəssislər tərəfindən hazırlanan beyin implantı vasitəsilə insan yaddaşının tutumu yaşından asılı olmayaraq artacaq.

 

"Daily Mail” nəşrində dərc edilən məqaləyə görə, daha əvvəl gəmiricilər üzərində aparılan tədqiqatların nəticəsləri göstərir ki, sınaqdan keçirilmiş "protez yaddaş" onların yaddaşının yaxşılaşmasında və müxtəlif məsələlərin həllində onlara istiqamət verməkdə mühüm rol oynayıb. Alimlər düşünür ki, insan beyninin stimulyasiyasında da belə metodikanı istifadə etmək olar.

 

20 könüllü üzərində aparılan tədqiqatlarda beyinin müxtəlif nahiyələrinə implantlar vasitəsilə xüsusi mikroelementlər ötürülüb. Müşahidələr göstərib ki, əvvəlkinə nisbətən yaddaş göstəriciləri 30%-ə qədər artıb.

Səhiyyə Təşkilatına yazılı müraciət edən mütəxəssislər bu tədqiqatın gələcəkdə yaddaş problemi yaşayan yaşlı nəsil və eləcə də unutqanlıq problemi ilə üzləşən insanların müalicəsində səmərəli nəticələr verəcəyini vurğulayıb.

Könül Cəfərli, publika.az 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300