Nalbandyan Qarabağa görə İrana təşəkkür edib
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İrəvana səfəri çərçivəsində erməni həmkarı Edvard Nalbandyanla görüşüb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki,
nazirlərin görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.
Nalbandyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İranın tutduğu mövqeyə görə Zərifə
təşəkkürünü bildirib.