Yaponiya və ABŞ liderləri Şimali Koreyaya qarşı təzyiqləri artıracaqlar

 

Şimali Koreya tərəfindən növbəti ballistik raket buraxılışından sonra Yaponiyanın Baş naziri Şinzo Abe ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbirinə göndərilən məlumatda bildirilir ki, noyabrın 29-da səhər saatlarında liderlər arasında baş tutan telefon danışığı təqribən 20 dəqiqə çəkib.

Telefon danışığı zamanı Yaponiya və ABŞ beynəlxalq ictimaiyyətlə birlikdə Şimali Koreyaya qarşı təzyiqləri maksimum həddə çatdırmaq barədə razılığa gəliblər. Şinzo Abe jurnalistlərə müsahibəsində bildirib ki, iki ölkə arasında möhkəm ittifaqa əsaslanan liderlər Şimali Koreya rəhbərliyinin siyasətini dəyişməsi üçün mümkün olan bütün addımları atacaqlarını bildiriblər.

D.Tramp ilə Ş.Abenin telefon danışığını şərh edən Ağ ev də bildirib ki, Şimali Koreyanın son ballistik raket sınağı bu ölkəni beynəlxalq ictimaiyyətdən daha da təcrid edir. Tərəflər Şimali Koreyaya qarşı mübarizəyə sadiq qalacaqlarını bir daha təsdiq ediblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300