Polkovnik- "Cəbhədə lokal döyüşlər hər an başlaya bilər”

"Qarabağda müharibə hələ qurtarmayıb. Lokal döyüşlər hər an başlaya bilər”.

 

 

Bu barədə ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib. Ekspertin fikrincə, Ermənistanın işğalçı qüvvələri ilə müharibə şəraitində yaşadığımızı unutmamalıyıq:

 

"Atəşkəs hər gün pozulur. Ermənilərin təxribatını hər zaman gözləmək olar. Bunu hansısa fəsillə bağlamaq olmaz. Azərbaycan ordusunun gücü düşmənin istənilən təxribatının qarşısını almağa imkan verir. Belə hallarla bağlı çox misal gətirmək olar. Bir neçə dəfə düşmənin təxribat cəhdlərinin qarşısını alınıb. Burada helikopterin, müəyyən texnikaların və uçan aparatların vurulması faktı qeydə alınıb. Canlanma olan nöqtələr daim susdurulub. Ümumilikdə isə Azərbaycan odrusunun müdafiə xətti daim düşmənin təxribatlarının qarşısını almağa hazırdır”.

 

Ş.Ramaldanov əlavə edib ki, Qarabağda hər an istər lokal, istərsə də böyük müharibə ola bilər: "Müqayisə üçün baxsaq, görərik ki, hərb variantı daha çox üstünlük təşkil edir. Çünki bizim üçün başqa çıxış yolu qoymurlar. Ali baş komandan İlham Əliyev daim diqqətə çatdırıb ki, Azərbaycan güc yolu ilə də olsa torpaqlarını işğaldan azad edəcək. Ermənilər təxribata cəhd edərsə, bu, onlar üçün son olacaq. Ordumuz hər an üzərinə düşən tapşırığı yerinə yetirməyə hazırdır”.

 

Ağdam istiqamətində düşmənin keçirdiyi təlimlərə gəlincə, hərbi ekspert qeyd edib ki, onların həmin ərazidə səhra poliqonları var və orada plana uyğun olaraq təlim keçirlər. (AzVision.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300