"Azərbaycanın icazəsi olmadan Qarabağa getmək cinayətdir” -Çavuşoğlu

 

"Dörd vətəndaşımızın Türkiyə və Azərbaycanın xəbəri, məlumatı olmadan Dağlıq Qarabağa getməsini öyrənəndə biz də çox məyus olduq”.

 

Uluyol.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

Nazir bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır və Azərbaycan torpaqlarına qanunsuz daxil olmaq cinayətdir:"Xüsusilə Qarabağla bağlı həssas bir durum var. Qarabağ digər 7 rayon kimi işğal altında olan Azərbaycan torpağıdır. Bu səbəblə Azərbaycanda cinayət işi başladılanda, Türkiyədə də cinayət işi açıldı. Hüquqi proses başladı. Prokuror bu adamları niyə icazə almadan getdikləri ilə bağlı sorğuya çağırdı. Proses davam edir. Bu müddətdə həmin 4 şəxs mənə zəng etdilər və bu əməlin cinayət olduğunu və icazə almalı olduqlarını bilmədiklərini dedilər. Mən də bildirdim ki, bunu Azərbaycana deyin. Bu, bir cinayətdir. Nəticədə səfər edən şəxslər orta məktəb şagirdləri deyillər. Orada da Azərbaycanı müdafiə etdiklərini, Xocalı faciəsini qaldırdıqlarını və Qarabağ məsələsində Azərbaycanı dəstəklədiklərini bildirdilər. Amma qanunsuz şəkildə oraya getmələri bir cinayətdir. Nəticədə günahkar olduqlarına, icazə almalı olduqlarını bilmədiklərinə və orada da Azərbaycanı müdafiə etdiklərinə dair Azərbaycana bir məktub yazdılar. Bu, müsbətdir. Amma hüquqi proses başlayıb. Bu, bir dərs olsun. Bir də heç kəs Azərbaycan torpağı olan Qarabağa Azərbaycanın icazəsi olmadan getməsin. Biz də, Azərbaycan da bunu qəbul edə bilməz. Bizim mövqeyimiz budur. Bu, həm də dövlətimizin, millətimizin mövqeyidir”.

 

Qeyd edək ki, sentyabrın 22-də Türkiyədən olan bir qrup şəxs - jurnalistlər Əli Bayramoğlu və Səid Çətinoğlu, sabiq millət vəkili Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçıoğlu "Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. Faktla bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən cinayət işi açılıb, bu şəxslər beynəlxalq axtarışa verilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300