Türk dünyasının ən sevdiyi lider

 

6 türkdilli dövlətdə aparılan sorğunun nəticələri açıqlanıb.

Yenicag.az xəbər verir ki, "Hürriyet” qəzetinin yazarı Yalçın Bayer bugünkü köşəsini anket nəticələrinə həsr edib. Türk dünyasının nəbzini yoxlayan ilk rəsmi anketin nəticələri keçən həftənin sonu açıqlanıb. Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkmənistanda 18 yaşdan yuxarı 500 nəfər arasında keçirilən sorğuda siyasət, iqtisadiyyat, mədəniyyət, turizm, idman, tarix kimi sahələr üzrə ümumilikdə 60 sual olub.

"Türk dünyasında tarixi şəxsiyyətlərdən və ya dövlət xadimlərindən kimləri tanıyırsınız?”sualına ən çox"Atatürk və Nazarbayev”cavabı verilib. Nəticələrə görə, ən çox Azərbaycanda Atatürkün adı çəkilib. Bayer bu vəziyyət barədə bunları yazıb:

"Azərbaycanlıların 77,8 faizi Atatürkü ən çox sevilən dövlət xadimi olaraq müəyyən edib. Orta Asiya dövlətləri içərisində isə ən yüksək xalı qazanan lider Nazarbayev olub. Qırğızıstan isə ən çox sevilən dövlət xadimi kimi Ərdoğanı seçib”.

Ölkələrin hamısında turizmlə bağlı verilən sualda birinci yerdə Türkiyədir. Müqəddəs torpaqlarla əlaqədar suala isə azərbaycanlı apponentlər "Çanaqqala”, "Sultanahmet” və "Ayasofya” cavablarını veriblər. Qazaxıstanda isə Əhməd Yəsəvinin türbəsinin olduğu Türküstan bölgəsi seçilib. Türkiyədə Məkkə-Mədinə, Buxara və Ötükənin adı çəkilib.

"Hansı ölkəyə sərmayə qoymaq istərdiniz?”sualına isə ən çox Qazaxıstan və Türkiyə cavabı verilib.

"Türk dünyasında hansı qurumlar mövcuddur?”sualının cavabları belə olub: Türk Şurası, Türksoy, Türk PA, Türk Akademiyası və s.

Həmçinin, sorğuda iştirak edənlər"Müştərək televiziya yaratmaq”təklifinin təcili həyata keçirilməsini də istəyiblər.

"Türk dünyası arasındakı münasibətləri izləmə”sualında isə Türkiyə 18,4 faizlə xeyli geridə qalıb. Azərbaycan və Qırğızıstan isə türk dünyasında baş verənləri izləmə sahəsində daha aktivdir.

"Türk dünyasını birləşdirən nöqtələr”bəndindəki ardıcıllıq isə belə olub: tarix, dil, mədəniyyət və din.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300