Şirvan xəstəxanasından dəhşətli görüntülər-canımızı bunlara əmanət edirik-Fotolar

Şirvan Mərkəzi Xəstəxanasından biabırçı görüntüləri əldə etmişik. Xəstə yaxınları və xəstəxana çalışanlarının şikayəti ilə Şirvan Mərkəzi Xəstəxanasına gedən əməkdaşlarımız gördükləri mənzərə qarşısında dəhşətə gəliblər.Konkret olaraq xəstəxananın Terapiya, Fizioterapiya, Endokrinologiya, və Nevrologiya şöbələri əsl xarabalığı xatırladır: antisanitariya ilə yanaşı xəstəxananın divarları uçulub-tökülür, zibillər dizə çıxıb….

 "İmkanları olsa deyərlər ki, elə iynələrinizi də özünüz vurun”


Hazırda bu şöbədə müalicə alanlardan saytımıza bildirilib ki, çarpayıları belə evlərindən gətirmək məcburiyyətində qalırlar.

Adının çəkilməsini istəməyən bir xəstə yaxınının dedikləri isə, burdakı vəziyyətin necə dəhşətli olduğunu göstərir: "Şöbədə 20-30 ilin dəmir yataqlarından istifadə edirlər. Paslanmış dəmir şkaflardan isə danışmağa dəyməz. Şkafa yemək qoyuruq axşam siçovullar yeyib-dağıdır. Şöbəsinin döşəməsi də dağılıb. Xəstələr betonun üstünə gəzməyə məcbur olurlar. Havalar soyuduğundan otaqlar buz kimidir. Xəstəxana personalı isə, gözümüzə dəymir. Elə bil gəlmişik özü-özümüzə qulluq etməyə. İmkanları olsa deyərlər ki, elə iynələrinizi də özünüz vurun. İkinci mərtəbədən aşağı düşə bilmirik. Səbəb neçə gündür otaqlardan yığılan zibillərin pilləkənlərə atılmasıdır. Neçə dəfə xəstəxana rəhbərliyinə şikayət etsək də, baxan olmayıb. Hətta burda bəzi həkimlər müalicə yazıb evə getməyimizi daha məqsədə uyğun olduğunu bildirdilər”.
"Təmir istədik, Oqtay Şirəliyev pul ayırmadı…”

Burda olarkən xəstəxana çalışanları bildirdilər ki, şöbənin təmiri ilə bağlı nazir Oqtay Şirəliyevə məlumat verilib: "Nazir Oqtay Şirəliyev Şirvanda vətəndaşları qəbul edən zaman xəstəxanın bu şöbələrinin təmirə ehtiyacının olması ilə bağlı məlumat verildi. Hətta nazirə xəstənadan çəkilmiş şəkilləri də göstərmişdilər. Təxminən bir ay sonra xəstəxana rəhbərliyi Səhiyyə Nazirliyinə müraciət edərək təmir istədi. Nazirlikdən bildirdilər ki, hələlik şöbənin təmiri nəzərdə tutulmayıb. Qısacası nazirlik təmirə pul ayırmadı”.
Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin Mətbuat Ximəti ilə əlaqə yaratmaq cəhdlərimiz isə, heç cürə alınmadı.
Xəstəxananın Terapiya, Fizioterapiya, Endokrinologiya, və Nevrologiya şöbələrindən çəkilmiş fotoları təqdim edirik:///AzEuroNews.com

Şirvan xəstəxanasından dəhşətli görüntülər-canımızı bunlara əmanət edirik-FotolarŞirvan xəstəxanasından dəhşətli görüntülər-canımızı bunlara əmanət edirik-FotolarŞirvan xəstəxanasından dəhşətli görüntülər-canımızı bunlara əmanət edirik-FotolarŞirvan xəstəxanasından dəhşətli görüntülər-canımızı bunlara əmanət edirik-FotolarŞirvan xəstəxanasından dəhşətli görüntülər-canımızı bunlara əmanət edirik-FotolarŞirvan xəstəxanasından dəhşətli görüntülər-canımızı bunlara əmanət edirik-FotolarŞirvan xəstəxanasından dəhşətli görüntülər-canımızı bunlara əmanət edirik-FotolarŞirvan xəstəxanasından dəhşətli görüntülər-canımızı bunlara əmanət edirik-FotolarŞirvan xəstəxanasından dəhşətli görüntülər-canımızı bunlara əmanət edirik-FotolarŞirvan xəstəxanasından dəhşətli görüntülər-canımızı bunlara əmanət edirik-FotolarŞirvan xəstəxanasından dəhşətli görüntülər-canımızı bunlara əmanət edirik-FotolarŞirvan xəstəxanasından dəhşətli görüntülər-canımızı bunlara əmanət edirik-FotolarŞirvan xəstəxanasından dəhşətli görüntülər-canımızı bunlara əmanət edirik-FotolarŞirvan xəstəxanasından dəhşətli görüntülər-canımızı bunlara əmanət edirik-FotolarŞirvan xəstəxanasından dəhşətli görüntülər-canımızı bunlara əmanət edirik-Fotolar
Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300