Netanyahudan İran açıqlaması
İsrail hökuməti İranın Suriyada daimi hərbi varlığına icazə verməyəcək və Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.
"Report” TASS-a istinadən xəbər verir
ki, bunu şənbə günü öz "Facebook" səhifəsində yəhudi dövlətinin baş
naziri Binyamin Netanyahu yazıb.
"Biz yəhudi dövlətinin məhvinə can atan [İran] rejiminin nüvə silahı əldə
etməsinə imkan verməyəcəyik, biz İranın açıq şəkildə dövlətimizi məhv etmək
niyyəti ilə möhkəmlənməyə çalışdığı Suriyada daimi hərbi varlığına yol verməyəcəyik",
- deyə baş nazir yazıb.