Millətimizin sıradan çıxarılması planı

 

Milləti yolundan sapındırmaq, onu məhv etmək üçün sərhədləri aşmağa, başına bombalar tökməyə, göyərçinlərin qanadında təbliğat xarakterli vərəqlər paylamağa, yerin altından lağım atıb casusları daxilə ötürməyə ehtiyac yoxdur. Müasir rabitə və kommunikasiya sistemi sayəsində bir milləti özünün qan yaddaşından ayırıb zombiyə və gərəksiz məxluqa, öz keçmişindən və indisindən utanan, acizlik hisslərinə bürünən müqəvvaya çevirmək mümkündür.

Düzdür, bunun üçün illər lazımdır, ancaq planın aci nəticələri hər gün bizi ağuşuna almaqdadır və xalqın minilliklərlə formalaşdırdığı müqəddəs dəyərlər əldən getməkdədir.

Beləliklə, qısa proqram əsasında millətin sıradan çıxarılması və ümumilikdə, gizli planların gerçəkləşməsi. Bu gizli planların hansı institutlarda hazırlanması vacib deyil. Vacib odur ki, bu planlar artıq gerçəyə dönməkdədir. Aydın şəkildə, heç bir mürəkkəb terminlərdən istifadə etmədən aşağıdakı bəzi bəndləri nəzərinizə çatdırıram:

1.Gizli planların ilkin mərhələsi Kütləvi İnformasiya Vasitələrindən başlanır. Müəyyən ölkələrin maraqlarına cavab verən qəzet, televiziya və radioların yaradılması. Bəzi beynəlxalq fondlar, müxtəif ölkələrin departamentləri tərəfindən bank hesabları vasitəsi ilə köçürülmə əməliyyatları. Yaxud, ölkədə dövlət siyasətinə qarşı çıxan hansısa imkanlı şəxslərin bu işə meyilləndirilməsi.

2.İnanc yerlərinin ardıcıl şəkildə məsxərəyə qoyulması. Bunun üçün lazımi adamların maliyyələşdirilməsi və sosial şəbəkələrdə aktivliyi. Bura gənclər, elm adamları, ayrı-ayrı millət vəkilləri, şair və yazıçıların da cəlb edilməsi effektivliyi artırır.

3.Xalq qəhrəmanları və görkəmli simalar barədə ağlasığmaz iddiaların ortaya atılması. (Buna misal olaraq Nizaminin kürd, Füzulinin ərəb, Koroğlu, Babəkin quldur adlandırılması, Xətainin qaniçən olması, onun milliyətinin təhrif edilməsi barədə məqalələr, televiziya verilişləri və sairlərini göstərmək olar. Siyahını uzatmaq mümkündür).

4.Doğma dildə danışanlara damğa vurulması. Dünyadakı hegemon dillərin təbliği və "dünyəvilik” elementi kimi cəmiyyətə sırınması.

5.Transgen məhsullar. Bu məhsullar müxtəlif xəstəliklər törətməklə bərabər, nəsil artımın qarşısının alınmasında böyük rol oynayır. Bura transgen uşaq qidaları da daxildir. Eyni zamanda adıçəkilən məhsullarla zənginləşdirilən beynəlxalq restoran şəbəkələrinin təbliği.

6.Ədəbiyyatın kapitalizm meyarları ilə uzlaşdırılması, vəhşiliyin təbliğatı. Yerli ənənəyə uyğun gəlməyən ədəbi nümunələrin təşəkkülü və mentaliteti saya salmayan gənclərin dövriyyəyə buraxılması. Bu istiqamətdə saytların yaradılması və reytinq göstəricilərinin artmasında lazımi tədbirlər. Yaşlı yazıçıların gözdən salınması. Yad dəyərlərə cavab verməyən şair və yazıçıların cəmiyyətdə imicinin aşağı salınması, böhtan dolu yazılar.

7. Dinin gözdən salınması. Bəzi xarici dövlətlər tərəfindən maliyyələşdirilən ziyalıların, görkəmli şəxslərin və gənclərin sosial şəbəkələrdə aktivliyi və davamçılarının artması istiqamətində daimi iş. Dinin aşağılanması barədə məqalələr, reportajlar, tok-şouların təşkili. Ölkənin ali dini liderinin şərəf və ləyaqətinin tapdanması üçün mümkün işlər, gülməcə və lətifələrin xalq arasında yayılması. Xaricdən radikal dini ədəbiyyatların gətirilməsi. Yad dini cərəyanların ölkədə dayaqlarının möhkəmləndirilməsi istiqamətində atılan addımlar.

8. Dövlət məmurları barədə obyektivliyə söykənməyən iftiraların ortaya atılması. Cəmiyyətdə onlara qarşı inamsızlığın yaradılması istiqamətində davamlı iş. Müəyyən maraqlara cavab verməyən regional layihələr barədə şübhə toxumlarının səpilməsi.

9. Cinsi azlıqların müdafiəsi. Beynəlxalq təşkilat qarşısında götürülən öhdəliyin tez-tez nəzərə çatdırılması.

10.Oğlan və qızların əcnəbi vətəndaşlarla nigahının geniş təbliği. Təmizqanlılıq göstəricilərinin aşağı düşməsi istiqamətində tədbirlər.

11.Beynəlxalq Fondların maraqlarına uyğun gələn layihələrə irihəcmli qrantların ayrılması.

12.Şəxsiyyət vəsiqələrində "milliyyət” qrafalarının boş qalmasının beynəlxalq qanunvericiliklə əsaslandırılması.

13.Narkotika, spirtli içkilərin daimi şəkildə təbliği.

14.Ailə dəyərlərinin aşağılanması, kriminal verilişlərin artması və sair.

Bunlar hələ üzdə görünənlərdir. Üzdə görünməyənlər isə daha dəhşətlidir. Ki, hələ üzə çıxmır.

 

Azər Qismət
(qafqazinfo.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300