Dərini təmizləyir, məsamələri yığır –GİL MASKASI

 

Məsaməli dəri bir çox insanın problemidir. Lakin bunun öhdəsindən gil maskası vasitəsi ilə gələ bilərsiniz.
Gil maskası dərinin ən dərin təbəqələrinə nüfuz edir və buradakı çirkləri çıxarır. Təmizlənib açılan məsamələr isə yığır. Gil maskası dərini qidalandırır və bərpa edir. Ailem.az gil maskasının hazırlanma qaydası və faydaları ilə sizi tanış edir.

 

Evdə gil maskası hazırlamaq üçün bir miqdar gilə ehtiyacınız olacaq. Bu gili dəri tipinizə uyğun almalısınız. Əgər qarışıq və ya da normal dəriyə sahibsinizsə ağ gil, dəriniz yağlıdırsa, yaşıl gil almalısınız. Maskanı hazırlamazdan əvvəl dərini sabun və ya təmizləyici gellə yumalısınız.

Gili sabunla təmas etdirməməlisiniz. Çünki bu halda başqa bakteriyalar törəməyə başlayır və maskanın heç bir faydası qalmır. Eyni səbəbdən gili plastik qabla da təmas etdirməməlisiniz, bunun yerinə şüşə qab istifadə edin.

 

Gil maskasının hazırlanması:

 

Ballı gil maskası

 

2 yemək qaşığı gili 4-5 yemək qaşığı suda əridin. Üzünüzdən axmayacaq hala gələnədək içinə 1 çay qaşığı bal əlavə edib qarışdırın. Sonra üzünüzə sürtün. Quruduqdan sonra ilıq su ilə yuyun.

 

Limonlu gil maskası

 

2 yemək qaşığı gili 4 yemək qaşığı suda əridin. İçinə bir neçə damcı təzə sıxılmış limon suyu əlavə edin. Tünd bir konsistensiya alana qədər qarışdırın. Üzünüzdə quruduqdan sonra ilıq su ilə yuyun.

 

Nanə yağlı gil maskası

 

Əgər sızanaq kimi dəri probleminiz varsa, gil maskanıza nanə yağı əlavə edə bilərsiniz. 2 yemək qaşığı gili 4-5 yemək qaşığı suda əridin. İçinə üç damcı nanə yağı əlavə edin. Tünd konsistensiya əldə edənə qədər qarışdırın. Üzünüzdə qurumasını gözləyin və sonra ilıq su ilə yuyun.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300