Paytaxt əhalisinin sayı açıqlanıb

 

İlin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 12,6 min nəfər və ya 0,5 faiz artaraq 2017-ci il oktyabr ayının 1-i vəziyyətinə 2 milyon 258 min 400 nəfərə çatıb.

Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 1055 nəfər olub.

2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə əhalinin ümumi artımı, əsasən, təbii artım hesabına baş verib.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində Bakı şəhərində 22840 doğulmuş körpə qeydə alınıb və bu göstəriciəhalinin hər min nəfərinə hesabı ilə 13,6 təşkil edib. Doğulanların 268-i əkiz, 4-ü isə üçəmdir. Doğulan körpələrin 52,6 faizi oğlan, 47,4 faizi isə qız uşaqlarından ibarət olub.

Cari ilin yanvar-sentyabr aylarında Bakı şəhərində 9746 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi ötən illə müqayisədə dəyişməmiş 5,8 olaraq eyni qalıb.

2017-ci ilin doqquz ayında qeydiyyat şöbələri tərəfindən 11968 nikah və 3698 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 7,1, boşanmaların sayı isə 2,2 olub.///APA

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300