Əlikram Xurşidovun müdafiə komitəsi yaradıldı

 

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

İclasda Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlər və qərarların icrası barədə məlumat verib.

Divan üzvü Razim Əmiraslanlı Yevlax rayon təşkilatının ümumi yığıncağı, seçkili orqanlara keçirilmiş seçkilər barədə məlumat verib.

Müsavatçıların siyasi məhbusların keçən həftə keçirilən məhkəmə proseslərində iştirakları müsbət qiymətləndirilib.

Divanda Şirvan rayon təşkilatının sədri, siyasi hakimiyyət tərəfindən şərlənərək həbs edilən Əlikram Xurşudovla bağlı yaradılan müdafiə komitəsinin ilk yığıncağının dekabrın 6-da saat 13:00-da Müsavat Partiyasının mərkəzi qərargahında keçirilməsi razılaşdırılıb.

Müsavat Partiyasının başqanı Arif Hacılının və müavini Səxavət Soltanlının Amsterdam şəhərində keçiriən ALDE-nin qurultayında iştirakı, eləcə də ölkədə ictimai-siyasi vəziyyət müzakirə edilib.(bastainfo.com)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300