"Atletiko”ya kömək etmək barədə düşünmürəm" - Dani
Kintana
"Atletiko”ya kömək etmək barədə düşünmürəm. "Roma" ilə matçda qələbə qazanmaq istəyirəm".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Dani Kintana Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Roma" ilə oyun öncəsi "COPE"yə açıqlamasında deyib.
İspan yarımmüdafiəçi bildirib ki, "Roma"nı məğlub
etmək asan olmayacaq: "Amma məncə, bu, utopiya deyil. Biz Romada uğurlu nəticə
əldə edəcəyimizə inanırıq”.
Qeyd edək ki, "Roma” – "Qarabağ” matçı bu gün Bakı vaxtı ilə 23:45-də
başlayacaq.