Kreml Qafqaza növbəti hərbi müdaxiləyə hazırlaşır

 

Rusiya Gürcüstana müdaxilə üçün Cənubi Osetiyadakı əhalidən istifadə edəcək.

Axar.az xəbər verir ki, bunu "Obozrevatel” saytına açıqlamasında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini general-leytenant İqor Romanenko söyləyib.

"Moskva osetinlərdən gürcülərə qarşı yararlanacaq. Bunun üçün Rusiya Dumasında osetinlərin rus ordusunda xidməti ilə bağlı layihə qəbul edilir. Rusiya nə zamansa osetinləri Gürcüstana müdaxilə üçün istifadə edəcək. Moskva bundan öncə Gürcüstanın Cənubi Osetiya və Abxaziya ilə toqquşmasından Cənubi Qafqaza təsir vasitəsi kimi istifadə edib və bu mövqeyini bundan sonra da dəyişməyəcək”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiya Dövlət Duması Cənubi Osetiya hərbçilərinin Rusiya ordusunda xidmətinə icazə verən qanun layihəsini qəbul edib.

Cənubi Osetiya Gürcüstanın tərkib hissəsidir. Bu ərazinin müstəqilliyi 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra Moskva tərəfindən tanınıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300