Rusiya XİN: "Hazırda Azərbaycandakı səfir vəzifəsinə bir neçə namizəd nəzərədən keçirilir"

 

"Gələn ilə qədər Rusiyanın Azərbaycandakı səfiri vəzifəsini müvəqqəti işlər vəkili Oleq Muraşyov icra edəcək".

Bunu "Report"un Rusiya bürosuna Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ölkəsinin Azərbaycana yeni səfir təyin etməsi ilə bağlı məsələyə şərh verərkən deyib.

"Hazırda Rusiyanın Azərbaycandakı səfiri vəzifəsinə bir neçə namizəd nəzərədən keçirilir. Konkret seçimdən sonra diplomatın namizədliyi Dövlət Duması tərəfindən təsdiq edilməlidir. Bu ana qədər diplomatik və ya deputat korpusundan heç kimin namizədin adını açıqlamaq hüququ yoxdur", - M.Zaxarova bildirib.

Xatırladaq ki, noyabrın 27-də Rusiya Prezidenti Vladimir Putin Vladimir Doroxinin Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. V.Doroxin bu vəzifədə 2009-cu ildən çalışıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300