Astara İcra Hakimiyyətindən şok: Astara rus şəhəridir - Foto

 

Astara Rayon İcra Hakimiyyətinin internet saytının "Rayon haqqında” bölməsində Astara barədə qəribə məlumat yerləşdirilib.


Kult.az xəbər verir ki, saytda bildirilir: "Astara 1747-ci ildə Talış mahalının paytaxtı olmuş, sonralar Astara hakimi Qaraxan paytaxtı Lənkərana köçürmüşdür. Paytaxt Lənkərana köçürülərkən bir çox mühüm qədim tikinti və memarlıq obyektləri, istehkamları da söküntüyə məruz qalmışdır. Tanınmış fransız alimi, arxeoloqu və səyyahı Jak De Morqan (1856-1934) Astarada olmuş, bu torpağın yeraltı və yerüstü sərvətlərinə heyranlığını gizlətməmiş və Astara haqqında belə yazmışdır:

"Astara qədim rus şəhəridir. İranla-Azərbaycan arasında gömrükxana rolunu oynayır, həm də özünün keçmiş xüsüsiyyətlərini saxlayır. İndi isə sadəcə gömrükxanadır”. Məşhur fransız səyyahı, yazıçısı Aleksandr Düma da Astara haqqında maraqlı məlumatlar vermişdir”.

Astaranın rəsmi saytında rayon haqqında bu qədər primitiv və bəsit məlumatın verilməsi oxucuda hansı təəssürat oyada bilər?

Mövzu ilə bağlı Cahanpress-ə açıqlama verən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı deyib ki, bu, tamamilə yalnış fikirdir və tarixi gerçəkliyi əks etdirmir:


"Astaraya qədim rus şəhəri demək kobud tarixi və siyasi səhvdir. Bir səyyahın söylədiklərini bölgənin tarixindən xəbər verən məlumat kimi təqdim etmək yanlışdır. Bilirsiniz ki, səyyahlar səfər etdikləri yerlərdə insanlardan eşitdiklərini qələmə alırlar. Jak De Morqanın qarşısına bir erməni çıxsaydı və bura erməni şəhəridir desəydi necə? Biz onu da olduğu kimi dövlət orqanının internet saytında yerləşdirəcəkdik?

İnternet saytlarında ölkəmizin tarixi barədə məlumatlar yerləşdirərkən diqqətli olmaq lazımdır. Çünki həmin məlumatları bizim dostlarımız da oxuyur, düşmənlərimiz də. Ola bilər ki, həmin səyyahın yazdıqları düzgün tərcümə olunmayıb. Bəlkə də Jak De Morqan Astaranı Rusiya şəhəri kimi təqdim edib. Bildiyimiz ki, 19-cu əsrin ortalarında Azərbaycan Rusiyanın tərkibində idi. Jak De Morqanın yazdığı kimi Astaranı qədim rus şəhəri adlandırmaq ya savadsızlığın, ya da tamamilə səhlənkarlığın və məsuliyyətsizliyin nəticəsidir. Azərbaycanın tarixi ilə bağlı məlumatlar hazırlanarkən mütləq tədqiqatçılarla, tarixçi alimlərlə məsləhətləşmək lazımdır".

Saytın əməkdaşı bununla bağlı Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova ilə əlaqə saxlayıb. O, İcra Hakimiyyətinin İnformasiya sektoru ilə əlaqə yaratmağı məsləhət bilib.

İcra Hakimiyyətinin İnformasiya sektorunun müdiri Səfail Məmmədov isə bunun bir texniki yanlışlıq olduğunu, bu səhvin dərhal aradan qaldırılacağını deyib.

Xatırladaq ki, Astara Rayon İcra Hakimiyyətinin internet saytı neçə illərdir, fəaliyyət göstərir. Bu texniki səhvi isə təəssüf ki, indiyədək rayon rəsmilərindən heç kim görməyib.

Bəs, görəsən, bu texniki səhvə görə nə qədər adam yanlış məlumatlandırılıb?

Astara İcra Hakimiyyətindən şok: Astara rus şəhəridir - Foto

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300