Putin prezidentliyə namizədliyini irəli sürəcəyini bildirib
Rusiya prezidenti Vladimir Putin 2018-ci ilin mart ayının 18-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini bildirib.
Virtualaz.org "Mash” telegram-kanalına istinadən xəbər verir ki, bunu Rusiya lideri Nijni Novqoroddakı "QAZ” zavodunun yubiley tədbirində iştirakı vaxtı bəyan edib.
"Dəstəyinizə görə sağ olun. İrəli sürəcəyəm”, - Putin deyib.