Qızılın qiyməti düşməyə başlayıb    

 

Dünya bazarında qızılın qiyməti investorların ABŞ-da "vergi islahatları"nın Senatdan keçməsi və Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırmağa davam etməsi ilə bağlı gözləntilər fonunda düşməyə başlayıb.


"Report" xəbər verir ki, qızılın qiyməti son 2 ayın minimal səviyyəsi - 1 263 dollar/unsiyaya enib.

"Report"un analitik qrupu qızılın qiymətinin 1 180 dollar/unsiya səviyyəsinə qədər enə biləcəyini ehtimal edir. Bir müddət 1 180- 1 230 dollar/unsiya diapazonunda qaldıqdan sonra isə qızılın 1 050 dollar/unsiyaya qədər ucuzlaşması gözlənilir.

"FED-in 2018-ci ildə uçot dərəcəsini ən az daha 3 dəfə artırması proqnozlaşdırılır ki, bu da hər hansı geosiyasi gərginlik olmasa, qızılın qiymətinin təzyiqlərlə üzləşəcəyini göstərir", - deyə analitiklər əlavə ediblər.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300