Onlar yaşasalar da, öldüklərini düşünürlər -GERÇƏK HEKAYƏLƏR

 

İngiltərədə ciddi motosiklet qəzası keçirərək sağ qalan əsgər Varren Mak Kinli nadir rast gəlinən sindroma yoluxub.

 

Medicina.az xəbər verir ki, hərbçi həyatda olsa da özünü ölü kimi hiss etməyə başlayıb. Xəstəliyi barədə danışan Mak Kinli bunları deyib: "Öldüyümə inanırdım. Çünki hər yer mənə qaranlıq gəlirdi”.

 

Onun sözlərinə görə, ehtiyacı olmadığını düşündüyü üçün yemək yeməyi də tərgidibmiş: "Terapevtlər mənimlə danışmağa çalışırdı, amma mən "ölmüşəmsə yaxşılaşmağımın nə mənası var?” deyirdim”.

 

36 yaşlı Varren, 1880-cı ildə fransız nevroloq Jules Cotardın haqqında bəhs etdiyi psixi xəstəlikdən əziyyət çəkib.

Dünyada çox nadir rast gəlinən psixi xəstəlik olan Cotard sindromu, insanların fiziki cəhətdən tam sağlam olsalar, da öldüklərini düşünmələri ilə ortaya çıxır.

 

Bu xəstəliyə yoluxan insanlar ölü olduqlarına inanırlar, orqanlarının olmadığını və ya çürüdüyünü düşünürlər. Bu sindrom Çin, Hindistan, Meksika, ABŞ, Danimarka və İsveçdə daha çox yayılıb.

 

Bəzi xəstələr ürəyinin yerində olmadığını belə düşünürlər.

 

Belə ki, Portuqaliyada yaşayan qadın, yoldaşının ani ölümündən sonra yemək yeməyi tərgidib. 66 yaşlı qadın qida borusu və mədəsinin bir-birinə yapışdığını bildirib. 19 kilo arıqladıqdan sonra isə qadın məcbur xəstəxanaya aparılıb.

 

İngiltərədə yaşayan 59 yaşlı qadın isə vücudunun çürüdüyünü və ayaqlarının qopduğunu düşünməyə başlayıb.

 

Beyində yaranan problem, Cotard sindromunun səbəblərdən biri olub. Bu sindrom eyni zamanda, Parkinson, miqren, ürək xəstəlikləri ilə də əlaqəli ola bilər. Həmçinin sosial faktorlar da xəstəliyi yarada bilər. Bu problem həftələrlə, hətta illərlə çəkə bilər. Sindrom daha çox yaşlı insanlarda müşahidə edilsə də, yeniyetmələrdə və uşaqlar da risk faktoruna daxildirlər.

 

Cotardın tək bir səbəbi yoxdur. Çox nadir görülən xəstəlik olduğundan üzərində elmi çalışmalar tam nəticəsini verməyib.

2010-cu ildə aparılan araşdırma zamanı alimlər, xəstəliyin iki əsas səbəbdən yarana biləcəyi qənaətinə gəliblər.

 

1. Qəza nəticəsində şəxsin böyük travma alması - Bu zaman insan özünü boşluqda hiss edir və nəyə inanacağını bilmir. Günahkarlıq hissi yaranır.

 

2. Nevroloji problemlər – Beyinin kiçilməsi və ya genişlənməsi, düşüncələri, məntiqi və davranışları idarə edən nöqtələrin beyində zərər görməsi.

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300