Qüdsdən sonra sıra Məkkə və Mədinədədir –İDDİA

"Yeni Şəfəq” qəzetinin baş direktoru İbrahim Qaragül son günlərin siyasi müzakirə mövzusu olan İsrailin paytaxtının Qüdsə köçürülmə planları ilə bağlı diqqətçəkən açıqlama verib.

Axar.az xəbər verir ki, Qaragül Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və Misirin Qüds məsələsində ABŞ və İsraillə razılığa gəldiyini iddia edib:

"Belə bir razılıq olmasaydı, ABŞ və İsrail bu cür rahat hərəkət edə bilməzdi. İslam dünyası tarixi sınaqla qarşı-qarşıyadır. Qüds alındıqdan sonra sıra Məkkə və Mədinəyə gələcək”.

Qeyd edək ki, Trampın bu gün Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı və ABŞ səfirliyini bura köçürəcəyi gözlənilir. Trampın qərarı artıq bir sıra müsəlman ölkələrində narazılıq yaradıb. ABŞ Konqresi səfirliyin Qüdsə köçürülməsi haqqında qərarı 1985-ci ildə versə də, indiyə qədər bu qərarın icrasına ölkə prezidentləri tərəfindən veto qoyulub

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300