"SSRİ-də siyasi terror qurbanları” bazasına Azərbaycandan yeni adlar daxil edildi

 

"Memorial” Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Cəmiyyəti "SSRİ-də siyasi terror qurbanları”nın yenilənmiş məlumat bazasını təqdim edib.

Yeni versiyaya bir neçə ölkədən, xüsusən də Azərbaycandan Stalin repressiyası qurbanlarının adları daxil edilib.

Yeni versiyada 3.1 milyon ad var. On il əvvəl dərc olunan siyahıda isə onların sayı 500 min nəfər az idi.

Yeni bazanın əsasını əsrin son rübündə Rusiyanın bölgələrində nəşr olunan və Stalin repressiyası qurbanlarının adlarını özündə əks etdirən 412 cildlik Yaddaş kitabı təşkil edir. Əvvəl nəşr olunanlara daha 170 kitab əlavə edilib.

Yenilənmiş məlumat bazasına Azərbaycanla yanaşı, Gürcüstan və Ukrayna, həmçinin Bryansk və Saxalin bölgələrindən əvvəlki versiyalarda olmayan materiallar əlavə edilib.//report.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300