Polşa hökuməti rəsmi olaraq istefaya gedib

 

Bu gün Polşa hökuməti Beata Şidlonun rəhbərliyi altında rəsmi olaraq istefaya gedib.


"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, ölkə prezidenti Andjey Duda Prezident Sarayında keçirilən rəsmi mərasim zamanı B.Şidloya baş nazirin və Nazirlər Kabinetinin istefasını qəbul etməsinə dair aktı təqdim edib.

B.Şidloya yeni Nazirlər Kabineti yaradılana qədər hökumətə rəhbərlik etmək tapşırılıb.

Bundan başqa, prezident A.Duda baş nazirin müavini Mateuş Moravetskinin baş nazir vəzifəsinə namizədliyini irəli sürüb və ona Nazirlər Kabinetini formalaşdırmağı həvalə edib.

Qeyd edək ki, dekabrın 7-də B.Şidlo hakim "Hüquq və Ədalət" partiyasının Siyasi Komitəsinə istefasına dair müraciət edib. Komitə onun istefasını qəbul edib və baş nazirin müavini, maliyyə və inkişaf naziri Mateuş Moravetskini baş nazir postuna namizəd seçib.

Səsvermə dekabrın 12-də keçiriləcək.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300