Lənkəranda sultanlara aid xəzinə tapılıb

 

Lənkəranda XI-XII əsrlərə aid 150-yə yaxın mis sikkə aşkar edilib.

AzVision.az Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) istinadən bildirir ki, dirhəm və fəlslərdən ibarət qədim sikkələr təsərrüfat işləri zamanı təsadüfən aşkar olunub və metaltoplama məntəqələrinə təhvil verilib.

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin Arxeologiya şöbəsinin müdiri Mais Cəfərov deyib ki, metal əşyalar qəbul olunan məntəqədə bu pullar təsadüfən əldə edilib: "Pulları təmizlədikdən sonra isə onların mis sikkə olduqları və Atabəylər dövrünə aid edildikləri məlum oldu. Dirhəmlərin üzərində "La İlahə İləllah, Muhəmmədən RəsulAllah” və 4 rəşidi xəlifələrin adı qeyd olunub. Arxa tərəfində isə zərb olunan il, şəhərin və Atabəy Eldəgəzin adları həkk olunub. Bu, onu sübut edir ki, sikkələr Atabəylər dövlətinə məxsusdur”.

Şöbə müdirinin sözlərinə görə, tapıntılar arasında Səlcuq sultanlarının, Atabəylərin, o cümlədən onların məliklərinin də sikkələri mövcuddur: "Dəfinə qədim dövlətçilik tariximizin öyrənilməsi, Atabəylər dövlətinin əmtəə-pul münasibətlərinin araşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Aşkarlanmış son tapıntı bir daha sübut edir ki, XI-XII əsrlərin ticarət şəbəkəsi olan tarixi İpək Yolunun şaxələrindən biri Cənub-Şərq bölgəsindən keçib”.

Yeni tapıntıların əhəmiyyətliliyi nəzərə alınaraq ilk dəfə Cənub-Şərq zonasının numizmatik xəritəsinin yaradılacağını deyən M.Cəfərov bildirib ki, aşkar edilmiş sikkələrin kataloqu yaradılaraq elmi ictimaiyyətə təqdim olunacaq.

Arxeoloq ölkəmizin cənub bölgəsində numizmatika muzeyinin təşkil edilməsinin də nəzərdə tutulduğunu söyləyib.

Qeyd edək ki, 2013-cü ildə cənub bölgəsində aşkarlanan Kirman Atabəylərinin qızıl sikkələri hazırda AMEA-nın Milli Azərbaycan Tarix Muzeyinin Numizmatika və epiqrafika şöbəsində saxlanılır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300