İsrail aviasiyası Qəzza zolağına hava zərbələri endirib,
yaralananlar var
İsrail Hərbi-Hava Qüvvələrinə məxsus təyyarələr Qəzza zolağına hava zərbələri endirib.
APA-nın xəbərinə görə, bu barədə İsrail Müdafiə ordusunun açıqlamasında bildirilir.
"Qəzza zolağından İsrail ərazisinə atılan raketlərə cavab olaraq, İsrail Hərbi-Hava Qüvvələrinin təyyarələri "Həmas”-ın Qəzzadakı təlim kompleksi və silah-sursat anbarına hava zərbələri endirib”, məlumatda deyilir.
"Reuters” agentliyinin Fələstin Səhiyyə nazirliyinə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində Qəzzada azı 25 nəfər yaralanıb.