İranın böyük şəhərlərində etiraz yürüşləri keçirilib
Dekabrın 8-də İranın paytaxtı Tehran daxil olmaqla Təbriz, Urmiya, İsfahan, Şiraz və başqa böyük şəhərlərdə kütləvi yürüş keçirilib.
AZƏRTAC xəbər verir ki, yürüşə çıxanlar ABŞ-ın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması haqqındakı qərara etirazlarını bildiriblər.
Əllərində "Qüdsə azadlıq” şüarları tutan insanlar beynəlxalq təşkilatlardan ABŞ-a təsir göstərməyi tələb ediblər.
Yürüşlər davam edəcək.