Qurban Qurbanov mükafatlandırıldı

 

Bu gün Komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğunun nəticəsinə əsasən Azərbaycanda ilin məşqçisi seçilən Qurban Qurbanovun mükafatlandırma mərasimi keçirilib.

Qol.az-ın xəbərinə görə, "Fairmont otel"də keçirilən tədbirdə PFL prezidenti Ramin Musayev, həmçinin, çox sayda media nümayəndəsi iştirak edib.

"Qarabağ" və millimizin çalışdırıcısına mükafatı Komanda.az saytının baş redaktoru Rəşad Ergün təqdim edib.

Xatırladaq ki, səsvermədə 74 mətbuat orqanından 79 jurnalist iştirak edib. 77 səs toplayan Qurban Qurbanov 8-ci dəfə ilin ən yaxşı məşqçisi seçilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300