Mirşahin Ağayev yeni TV açır -İşçi yığımı başlayıb

 

Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist Mirşahin Ağayev yeni telekanal açır.

 

Uluyol.az Qaynarinfo-ya istinadən xəbər verir ki, yeni telekanala artıq işçı yığımına start verilib. Keçmiş ANS əməkdaşlarının bir çoxuna da işləmək təklifi göndərilib.

 

Yeni telekanalın bir müddət internet üzərindən fəaliyyət göstərəcyi, texniki məsələlər həll olunandan sonra isə teleyayıma başlayacağı bildirilir.

 

Xəbəryönümlü olması nəzərdə tutulan telekanalın Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqə ilə bağlılığı olub-olmaması məsələsini dəqiqləşdirə bilmədik. Amma bir neçə gündən sonra bu mövzuya da aydınlıq gələcək. Belə ki, MTRŞ-ın ANS-in keçmiş tezliyi üçün elan etdiyi müsabiqə 16 dekabr 2017-ci il tarixdə başa çatır.

 

Xəbəri dəqiqləşdirmək üçün Mirşahin Ağayevin özü ilə əlaqə saxladıq. Telefona cavab verən ANS-in vitse-prezidenti bu barədə danışmaq istəmədiyini bildirdi.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300