Antonio Quterreş: Şimali Koreya ilə dialoqun başlanması zəruridir

 

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, Koreya yarımadasında vəziyyətin nəzarətdən çıxmaması üçün Şimali Koreya ilə dialoqun başlanması zəruridir.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, A.Quterreş bu barədə gələn həftə Yaponiyaya baş tutacaq səfəri ərəfəsində yapon KİV-lərinə müsahibəsi zamanı bəyan edib.

Baş katib ümid etdiyini bildirib ki, Şimali Koreya problemini həll etmək üçün Yaponiya ilə əməkdaşlıq möhkəmləndirilməlidir.

A.Quterreş BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltmanın bu günlərdə Şimali Koreyaya etdiyi səfərə də toxunub. O deyib ki, bu, son yeddi ildə BMT-nin yüksək səviyyəli rəsmisinin həmin ölkəyə ilk səfəridir. Səfər çərçivəsində C.Feltman Şimali Koreyanın xarici işlər naziri Ri Yon Xo ilə görüşüb.

Baş katib bəyan edib ki, BMT öz nümayəndəsini dialoqun başlanması və nüvəsizləşdirmə ilə bağlı şəraitin yaradılması məqsədilə Pxenyana göndərib.

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300