Azərbaycanda 2500-dən artıq şəxs qanın bədxassəli xəstəliyindən əziyyət çəkir

 

"Azərbaycanda 2500-dən artıq xəstə qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır. Onlardan 300-ü uşaqdır”.

APA agentliyinin xəbərinə görə, bunu B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

O bildirib ki, leykozların diaqnostikası ilə bağlı bu il 6 000-dən çox laborator müayinə aparılıb: "Bütün bədxassəli şişlərdən ölüm hallarının 6-10%-ni məhz qanın bədxassəli xəstəlikləri təşkil edir. Leykozlar yolxucu xəstəliklərlə yanaşı, 15 yaşa qədər olan uşaqlar arasında ölümün əsas səbəblərindən biridir”.

Direktorun sözlərinə görə, son illər ölkədə hematoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, müasir tibbi avadanlıqlarla təchizatı yaxşılaşdırılıb, kadr potensialı gücləndirilib.

Z. Əlimirzəyeva qeyd edib ki, 2017-ci ildə Dövlət Proqramı çərçivəsində yeni immunohistoloji müayinələrin aparılması üçün laboratoriya yaradılıb: "Laboratoriya ən müasir avadanlıq və reaktivlərlə təchiz olunub. İmmunohistokimyəvi müayinələrin köməkliyi ilə qanın bədxassəli xəstəliklərinin tam diferensial diaqnostikası, hədəf terapiyanın monitorinqi və xəstəliyin proqnozu müəyyən edilir. Artıq leykozların diaqnostikası məqsədi ilə xəstələrin başqa ölkələrə getməsinə ehtiyac qalmır”, o qeyd edib.

 

Uluyol.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300