İlqar Məmmədovun hakimiyyətə təklifi açıqlandı

 

"Bu istiqamətdə qısa, konstruktiv, siyasi söhbətə Novruz Məmmədov razıdırsa, gəlsin danışaq”

ReAl hərəkatının təmsilçilərindən biri Xalid Bağırov özünün feysbuk səhifəsində vicdan məhbusu İlqar Məmmədovun bu gün yazdığı təklifi açıqlayıb:

"Bu gün vəkilim Fuad Ağayev ilə görüşdə Novruz Məmmədovun "danışıqlar” təklifinə baxdıq. Anlaşdıq ki, mənim haqlarımı hakimiyyət tərəfindən tam bərpa edəcək bəraətverici qərarın müqabilində Avropa Şurası Nazirlər Komitəsindən xahiş edə bilərəm ki, Konvensiyanın 46.4 maddəsi ilə əlaqədar Avropa Məhkəməsinə müraciətini geri çağırsın. Bu istiqamətdə qısa, konstruktiv, siyasi söhbətə Novruz Məmmədov razıdırsa, gəlsin danışaq.

İlqar Məmmədov
11.12.2017, 2 saylı Binə CM”

 

İlqarin teklifi

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300