İsrailin Qüds planı ortaya çıxdı  

 

ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması ciddi etirazlara səbəb olub.

Yenicag.az xəbər verir ki, Donald Trampın İsraili cəsarətləndirməsi heç də əbəs yerə deyil.

Məsələ burasındadır ki, İsrail Qüdsü tamamilə yəhudiləşdirməyi planlaşdırır.

Maraq üçün bildirək ki, hazırda Qüds sakinlərinin 37 fazini fələstinlilər təşkil edir. Bu isə 324 min vətəndaş deməkdir.

İsrail isə ABŞ-dan aldığı dəstəklə onların sayını 100 minə qədər azaltmağı planlaşdırır. Əvəzində isə Qüdsə 300 mindən çox yəhudi yerləşdiriləcək.

Qüdsdəki Sosial və İqtisadi Hüquq Mərkəzinin direktoru Ziyad el-Hamurinin sözlərinə görə, İsrail bu planı həyata keçirəcəyi təqdirdə fələstinlilərin sayı 6-7 faizə qədər azalacaq. Bu məsələdə İsrail zor tətbiq etməyə davam edəcək.

İsrailin Qüdsdəki fələstinlilərə vətəndaşlıq verəcəyinin inandırıcı olmadığını bildirən Hamuri, ABŞ-ın qəbul etdiyi qərarla beynəlxalq platformada tək qaldığını söyləyib.

Qüdsün Əsirlər Cəmiyyətinin rəhbəri Əmcəd Əbu Asab isə Trampın qərarını İsrailin fələstinliləri Qüdsdən didərgin salmaq üçün hazırlıq adlandırıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300