İstanbula gəlməyən kralın Qüds açıqlaması
Fələstinlilərin qanuni haqları özlərinə geri qaytarılmalıdır.
Axar.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud Məsləhət Şurasının iclasında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, Şərqi Qüds müstəqil Fələstinin olmalıdır:
"Krallıq regiondakı bütün konfliktlərdən, özəlliklə Fələstin problemindən siyasi çıxış yolu axtarılmasına çağırış edir. ABŞ Prezidenti Donald Trampın Qüds qərarı Fələstin xalqının haqlarının ciddi pozulmasıdır”, – deyə o bildirib.